19 yaşlı azərbaycanlı ABŞ-dan 74 min dollarlıq təqaüd qazandı

2019-04-23 18:29:30 / 3427 dəfə oxunub
Uğurları ilə diqqət mərkəzinə düşən 19 yaşlı mingəçevirli istedad təhsilini böyük ehtimalla ABŞ-da davam etdirəcək.

Cavid Əlizadə bildirib ki, qazandığı nailiyyət dünyanın əksər nüfuzlu təhsil ocaqlarının qapılarını üzünə taybatay açıb.

Cavid ABŞ, İngiltərə, Avstraliya, Kanada və digər ölkələrdə sərfəli şərtlərlə təhsil almaq şansı qazanıb: "Açığı, seçim etmək üçün bütün şərtləri nəzərdən keçirirəm. Təkcə ala biləcəyim təqaüdün məbləği önəmli deyil. Bu mənada təklif aldığım hər bir təhsil müəssisəsi seçilməyə layiqdir. Amma etiraf edim ki, hazırda daha çox İngiltərə və ABŞ universitetləri üzərində dayanmışam. Böyük ehtimalla ABŞ-a üstünlük verəcəyəm. Təkcə ona görə yox ki, ən yüksək təqaüdü - 74 min ABŞ dollarını məhz onlar təklif edir. Həm də ona görə ki, ABŞ-da ixtisas seçimi tələb olunmur. Tələbənin hərtərəfli yetişməsi üçün ən ideal təhsil şəraiti yaradılır”. (ona.az)

Son xəbərlər
Atambayev saxlanıldı
2019-08-08 17:45:08
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!