Sumqayıtda polisi döydülər - Xəstəxanalıq oldu

2019-04-24 10:00:05 / 3769 dəfə oxunub
Sumqayıtda polis əməkdaşı xidməti vəzifəsini yerinı yetirərkən xəsarət alıb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gecə saatlarında şəhərin 34-cü məhəlləsində baş verib.

Belə ki, ərazidə xidmət aparan 1990-cı il təvəllüdlü Xəlilov Əmrah Elşən oğlu küçədə 2 nəfərin mübahisə etdiyini görərək onları sakitləşdirməyə çalışıb.

Nəticədə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı tərəflərdən birinin hücumuna məruz qalıb.
Çənə nahiyəsindən zədə alan Ə. Xəlilov xəstəxanaya gətirilib və ona yardım göstərilib. O, müayinədən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!