Elina ilə bağlı istintaqın gedişindən nə xəbər var? - Rəsmi AÇIQLAMA

2019-04-24 11:45:33 / 3195 dəfə oxunub

Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın intiharı ilə bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar SultanovModern.az-ın sorğusuna cavab olaraq bildirib.

E.Sultanov qeyd edib ki, faktla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri Bakı Şəhər Prokurorluğunda davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Baş Prokurorluğun məlumatına görə, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Məktəbin direktoru Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Təhsil Nazirliyi S.Abbasovanı direktor vəzifəsindən azad edib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Elina Hacıyevanın anası Sevinc Hüseynovanın hüquqlarının müdafiə olunması üçün vəkillər-Sevinc Əliyeva, Azər Nağıyev, Emin İsayevtərəfindən təmənnasız hüquqi yardım verilməsini təmin edib.


Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!