Ceyhun Osmanlı anasının işdən çıxarılması xəbərindən danışdı - YENİLƏNİB

2019-04-25 16:56:11 / 4240 dəfə oxunub
Məsələ ilə bağlı keçmiş deputat Ceyhun Osmanlı açıqlama verib. C. Osmanlı yayılan məlumatların doğru olmadığını, anasının səhhəti ilə əlaqədar bir neçə günlük bülletenə çıxdığını deyib:"Yəni işdən azad edilməsi doğru deyil. Onun səhhəti ilə bağlı bülletenə çıxması ötən il də baş vermişdi. Daha sonra yenə işinin başına qayıdıb”.

Gimnaziya bildirilib ki, direktor bu gün işə çıxmayıb və gün ərzində də olmayacaq.

Təhsil Nazirliyi isə xəbəri təsdiqləməyib və bildirilib ki, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru vəzifədən uzaqlaşdırılmayıb. (qafqazinfo.az)
**
14:43

S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova vəzifəsindən uzaqlaşdırılıb.

Sabahinfo.az Criminal.az saytına istinadən xəbər verir ki, direktorla bağlı qərar bu gün açıqlanıb.

Təhsil Nazirliyinin əməkdaşları məktəbə gələrək X.Osmanovanın səhhəti ilə əlaqədar işdən çıxarıldıığını elan edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!