Qar uçqununa düşərək həlak olan hərbçi dəfn edilib - YENİLƏNİB

2019-04-25 12:34:40 / 5816 dəfə oxunub

Azərbaycan Ordusunun qar uçqununa düşərək həlak olan hərbi qulluqçusuMəmmədov Fərrux Fərman oğludəfn edilib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, mərhumGəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.


***

Azərbaycan Ordusunun qar uçqununa düşərək həlak olan hərbi qulluqçusu Məmmədov Fərrux Fərman oğlunun dəfn mərasimi keçirilir.

Sabahinfo.az "Report"a istinadən məlumatına görə, mərhum Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn edilir.

Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, hərbçilər, F.Məmmədovun yaxınları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Qar uçqununa düşərək həlak olmuş Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Daşkəsən rayon sakini, 1992-ci il təvəllüldü, Məmmədov Fərrux Fərman oğlu ailəli idi. Onun 1 qız övladı yadigar qalıb.

Qeyd edək ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində ilk olaraq H.Abdullayevin, bir müddət sonra isə F.Məmmədovun nəşi tapılıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!