Azıb Ermənistana keçən həmyerlimizin mədəsindən elə şey çıxardılar ki... - YEREVANDA ƏMƏLİYYAT

2019-04-26 11:05:12 / 3238 dəfə oxunub
Azaraq Ermənistan tərəfə keçən Azərbaycan vətəndaşı İbrahimov Elvin Arif oğlu ötən gün Yerevandakı xəstəxanalardan birində əməliyyat olunub.

News.am xəbər verir ki, bununla bağlı Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı xəstənin mədəsindən yad cisim çıxarılıb. Onun vəziyyətinin yaxşı olduğu qeyd edilib.

Xatırladaq ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər. (oxu.az)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!