Azərbaycanda daha bir FACİƏ: 4 uşaq anası canına qıydı

2019-04-26 12:39:50 / 3444 dəfə oxunub
Bərdə rayonunda 4 uşaq anası intihar edib.

Sabahinfo.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Seyidyusifli kəndində baş verib.

Belə ki, 1973-cu il təvəllüdlü Ərəbova Şəraitə Dadaş qızı şirkə turşusu içərək özünü öldürüb.

Yerli sakinlərin verdiyi məlumata görə, Ş Ərəbova Bakı şəhər sakinidir. Ağdərə rayon sakini ilə ailə həyatı quraraq Seyidyusifli kəndində yaşayır. Dörd uşaq anası olan qadının həyat yoldaşı xəstə olduğundan psixoloji sarsıntılar keçirib. Bu səbəbdən də 46 yaşlı qadın intihar edib. Qadın Bakı şəhərində yerləşən xəstəxanaların birinə çatdırılsada həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!