Prezident İlham Əliyev din xadimləri ilə görüşəcək

2019-04-29 11:50:10 / 1527 dəfə oxunub
"Bəzi adamlar hakimiyyətə gəlmək istəyir. Amma onlar bacarmayacaq, çünki onların zatı yoxdur".

Bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

O qeyd edib ki, Heydər Əliyev Kommunist Partiyasının Siyasi Bürosunda olsa da, həmişə dini əqidəsinə sadiq olub: "Biz moizələrimizdə bugünkü şəraiti yazırıq, ancaq bəziləri onları demir. Bizim borcumuz həqiqəti xalqa çatdırmaqdır. Bəzi imamlarımız, axundlarımızla bağlı belə məsələlərdən xəbərdarıq və bu məsələnin üzərinə qayıdacağıq. Bu gün hər yerdə təmir gedir. Prezident İlham Əliyev hər zaman dini abidələrin, o cümlədən Təzə Pir məscidinin təmirinə xüsusi diqqət ayırıb. Prezident din xadimləri ilə görüşmək istəyirdi. Yəqin ki, bu görüş orucluqdan sonra olacaq. Biz məscidlərdə həqiqətləri insanlara çatdırmalıyıq".(ona.az)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!