Ermənilər Kazandakı "Qul-Şərif" məscidində Azərbaycana qarşı təxribat törədiblər

2019-04-29 17:40:41 / 3273 dəfə oxunub
Rusiyada ermənilər Azərbaycana qarşı növbəti dəfə təxribata əl atıblar.

ONA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən "Qul-Şərif" məscidində yerləşən muzeydə Azərbaycanın Qarabağ bölgəsinin "Artsax" adı altında verildiyi orta əsrlər dövrünü əks etdirən xəritə nümayiş olunub.

Məlum faktı Sankt-Peterburqda yaşayan azərbaycanlı hüquqşünas Ramin Novruzov üzə çıxarıb. O, separatçı ermənilərin təxribatı ilə bağlı "Qul-Şərif" məscidinin məsul şəxslərinə və Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət ünvanladığını bildirib.

Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
DİN sürücünü təkzib edir
2020-06-03 10:55:09
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!