Məhərrəm Əliyev Özbəkistanda görüş keçirib

2019-04-30 10:34:28 / 2699 dəfə oxunub
Ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Tashkent Law Spring” Beynəlxalq Hüquq Forumunda iştirak edib. Özbəkistanın Ədliyyə Nazirliyi, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Birləşmiş Millətlər Təşkilatının Özbəkistandakı İnkişaf Proqramının təşkilatçılığı ilə baş tutan forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Əliyev aprelin 25-də Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletovla görüşüb. Görüşdə ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri istiqamətində geniş müzakirələr aparılıb. Nazir R.Davletovun Azərbaycana rəsmi səfəri ilə bağlı ədliyyə naziri, birinci dərəcəli ədliyyə müşaviri Fikrət Məmmədovun dəvəti qarşı tərəfə çatdırılıb. R.Davletov rəsmi dəvətə görə təşəkkür edib və bu səfərin reallaşacağına ümidvar olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ərtafinda da fikir mübadiləsi aparılıb.
Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!