Akif Əlizadə: "AMEA-da mənzil növbəsində böyük hərc-mərclik vardı"

2019-05-01 10:18:49 / 892 dəfə oxunub
"Azərbaycan Milli Elmlər Akademiyasında 5 il əvvəl 100-dən çox ailə ev almaq üçün növbədə durmuşdu. Artıq o ailələrdən 80-nə qədəri mənzillərlə təmin olunub".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.

A. Alizadə deyib ki, bu istiqamətdə işlər davam etdirilir. Mənzillərlə bağlı mətbuatda yer alan şikayətlərə gəlincə, AMEA prezidenti əlavə edib ki, 4 il ərzində məhkəmələrdə AMEA-nın mövqeyinin haqlı olduğunu sübut ediblər: "Mənzil növbəsində böyük hərc-mərclik vardı. 2011-ci ildə AMEA-ya aid olmayan, orada çalışmayan insanlar növbəyə yazılmışdılar. Onlardan qurtulmaq üçün böyük səy göstərməli olduq. İndiyə qədər də bu istiqamətdə çalışırıq".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!