İcra başçısı səyyar-görüş qəbul keçirib - FOTO

2019-05-02 10:44:49 / 4331 dəfə oxunub
1 may 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Masallı rayon İcra hakimiyyəti başçısının Təklə inzibati dairəsi üzrə nümayəndəliyinin Sığıncaq kəndində keçirilib.

Təklə ərazisi 5 kənddən, 8225 nəfərdən ibarətdir. Sığıncaq kəndində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlayıb, ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən Təklə ərazisində cənab Prezidentin tapşırığına əsasən 2 yeni məktəbin tikintisi, dünya Səhiyyə Standartlarına uyğun, viləş çayı mənbəyindən götürülmüş içməli suyun çəkilişi, ərazidə qazlaşmanın aparılması və SİP kabelləşmənin tam başa çatmasını vurğulayıb.

Qeyd olunub ki, 2019-cu il sosial inkişaf və əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artırılması əlavə gəlirlər yaradıb. Nəticədə minimum əməkhaqqı və minimum pensiyaların məbləğini 38 faiz artırmaq mümkün olub.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəyib.

Ərazi sakinlərindən Cavanşir Əhmədov, Əhmədağa Cəfərov, Sabir Mustafayev, Nazim Eyniyev, Fəxrəddin Tağıyev, İbadulla Ağayev, Yavər İsmayılov və başqaları çıxış edərək Xoşçobanlı kəndinin tam qazlaşdırılmasını, Sığıncaq kənd tam orta məktəbin qaz xəttinə qoşulmasını, güclü yağan yağışlar zamanı ərazinin su basmasının qarşısını almaqdan ötəri kanalların təmizlənməsini məsələsini gündəmə gətiriblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş. Əksər məsələlər yerində həll olunub.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!