"Porsche" ilə adam öldürən biznesmenin oğlu yenidən avtoşluq edir - FOTO

2019-05-02 10:28:10 / 1133 dəfə oxunub
İş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəclinin (hazırda 17 yaş) adam öldürdüyü 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum” markalı avtomobilinin fotoları avtoş səhifələrində yenidən paylaşılır.

Unikal.org-un əldə etdiyi məlumata görə, səhifələrin birində "Yenidən efirlərə qayıtdı” fikirləri yazılaraq Ağaəli Fərəclinin də profilini işarələyiblər.

Maraqlısı odur ki, sözügedən avtomobil Bakı küçələrinin birində üzərinə boz rəngli vinil çəkilmiş halda da istifadə olunub. Həmin anın da fotosu sosial şəbəkədə paylaşılıb.

Xatırladaq ki, 2017-ci ilin mayında iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəcli idarə etdiyi 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum” markalı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçmış,yaralı yerindəcə dünyasını dəyişmişdi. Baş verən hadisə isə rezonansa səbəb olmuşdu.
Unikal.org

Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!