Azercell-in əsas tərəfdaş olduğu IV Buktreyler Festivalının qala gecəsi keçirilib - FOTO

2019-05-02 18:32:21 / 3057 dəfə oxunub
Kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı məqsədlərini daşıyan IV Buktreyler Festivalının qala gecəsi keçirilib.

Hər zaman yenilikçi təşəbbüsləri dəstəkləyən Azercell şirkəti festivalın əsas tərəfdaşı qismində çıxış edib. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası, təsisçisi və direktoru isə kinoaktyor Ruslan Sabirlidir. Qeyd edək ki, qalib buktreylerlər tanınmış incəsənət xadimlərinin daxil olduğu münsiflər heyəti tərəfindən dəyərləndirilmə əsasında seçilib.

Tədbirdə çıxış edən "Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya rəqəmsallaşan dünyada kitabın ömrünün uzadılması, intellektual mədəniyyətin təbliği, mütaliənin, kitaba sevginin aşılanması kimi mühüm məqamların şirkət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, bu tip təşəbbüslərin dəstəklənməsinin zəruri olmasını qeyd edib.

Qeyd edək ki, Elxan Elatlının "On dördüncü adam” romanına Sadiq Fərzəlibəylinin çəkdiyi buktreyler Azercell şirkəti tərəfindən "Ən Yaxşı Mobil Buktreyler” nominasiyası üzrə qalib seçilib və 1.000 AZN ilə mükafatlandırılıb. Qalib seçilən buktreyler və mükafatlar barədə ətraflı məlumatıhttps://www.booktrailer.az/rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Vurğulamaq istərdik ki, Azercell mütaliə mədəniyyətinin inkişafına, ədəbi irsimizin təbliğinə öz töhfəsini vermək üçün 2015-ci ildə Bookmate xidmətini abunəçilərin istifadəsinə təqdim edib. 850000-dən artıq kitabı özündə cəmləyən bu zəngin kitabxana mütaliəsevərlər arasında böyük rəğbətlə qarşılanıb. 2018-ci ildə isə Azercell tərəfindən Bookmate tətbiqi çərçivəsində kitabları səsli formatda dinləmək imkanı verən Audio kitab xidməti istifadəyə verilib. İlkin olaraq, klassik ədəbiyyat incilərimizin doğma dilimizdə səsləndirilərək, yer aldığı bu xidmətə gələcəkdə müsair ədəbiyyat nümunələrimiz də əlavə olunacaq.

Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!