Şəki- Zaqatala bölgəsində profilaktik müayinələr aparaılır

2019-05-03 10:26:49 / 1032 dəfə oxunub
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə ölkənin Şimal-Qərb bölgəsində əhali arasında skrininq proqramına uyğun olaraq aprelin 26-dan ödənişsiz profilaktik tibbi müayinələr aparılır.

Milli Onkologiya Mərkəzinin aparıcı həkim və mütəxəssislərinin cəlb edildiyi tədbirin əsas məqsədi şişönü və şiş xəstəliklərini erkən müayinə vasitəsi ilə aşkar edərək, vaxtında dəqiq müayinə və müalicəsini aparmaqdır. Bu məqsədlə bölgəyə Bakı şəhərindən səyyar mammoqrafiya, ultrasəs və rentgen müayinəsi avadanlıqları gətirilmişdir.

Skrininq proqramı çərçivəsində MOM-un səyyar həkim briqadaları(qrupları) aprelin 26-27-də Balakən rayonunda, aprelin 28-29-da Zaqatala şəhərində, 30 aprel-1 may tarixində isə Qax rayonunda olmuşlar. Bu müddət ərzində böyük növbələrlə müşahidə edilən tədbir zamanı ümumilikdə 2842 nəfər onkoloji müayinədən keçmiş, onlardan 49 nəfərdə şiş xəstəliyinə şübhə simptomları aşkarlanmışdır.

Bu gün Şəki Şəhər Mərkəzi Xəstəxanasında onkoloji xəstəliklər müəyyən edilmiş xəstələr üzərində Milli Onkologiya Mərkəzinin əməkdaşları tərəfindən onkoloji əməliyyatlar aparılması planlaşdırılır.

Sabah Şəkidə Heydər Əliyev Mərkəzində "Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma " mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir. Konfransın proqramına uyğun olaraq, MOM-un bölgədə səyyar müayinələrdə olan tibbi personalı yerli həkimlərə və mütəxəssislərə ən yeni

tibbi protokollar və müalicə üsulları barədə geniş məlumatlar verəcəklər. Konfransın proqramına Şəki, Ucar, Göyçay, Ağdaş, Mingəçevir, İsmayılıı,Yevlax, Qəbələ, Oğuz, Zaqatala, Balakən rayonlarında çalışan yerli tibb nümayəndələri ilə MOM əməkdaşlarının onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi ilə bağlı geniş fikir mübadiləsinin və diskussiyaların aparılması da nəzərdə tutulur.

Şəki-Zaqatala bölgəsində əhali arasında skrininq proqramı davam edir.
Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!