Bakıda yerləşdirilən “Təmiz ölkəm” konteynerləri vasitəsilə plastik tullantılar yığılacaq

2019-05-02 18:00:01 / 3699 dəfə oxunub

ADA universiteti və "Coca-Cola” şirkətinin həyata keçirdiyi "Təmiz ölkəm” layihəsi çərçivəsində tələbələrdən ibarət ekoloji könüllülər qrupu yaradılıb. Könüllülər əhali arasında maarifləndirmə işlərinə cəlb olunaraq şəhər sakinlərini ətraf mühiti təmiz saxlamağa, məişət tullantılarının həcmini azaltmağa, qida məhsulları üçün nəzərdə tutulan plastik qablaşdırmaları çeşidləyib təkrar emala göndərməyə həvəsləndirəcək. Bu məqsədlə şəhərin bir sıra yerlərində, həmçinin, onlarla yeni mənzil komplekslərinin ərazilərində "Təmiz ölkəm” konteynerləri yerləşdirilib.

Könüllülər qrupu "Təbiəti dəyişmə, özünü dəyiş” şüarı ilə həyata keçirilən "Təmiz ölkəm” layihəsi çərçivəsində Xəzərin Mərdəkan sahilini plastik tullantılardan təmizləyib. Sahilyanı təmizlik aksiyasından sonra iştirakçılar "AzEkol” şirkətinə baş çəkərək, tullantıların çeşidlənməsi ilə tanış olublar. Qeyd edək ki, "Təmiz ölkəm” layihəsi çərçivəsində "ADA” universitetin nəzdində yaradılmış könüllülər qrupunun artıq 120 üzvü var.

Tədbir haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:


"Təmiz ölkəm” layihəsi çərçirvəsində ölkədə keçirilən böyük tədbirlərin də maarifləndirmə işlərinə cəlb olunması nəzərdə tutulub. Belə ki, Formula 1 Qran-prisi oyunlarının keçirildiyi ərazilərdə plastik tullantılar üçün 12 ədəd konteyner yerləşdirilib.

Qeyd edək ki, "Təmiz ölkəm” layihəsi "Coca-Cola” Fondu və ADA Universitetinin birgə tərəfdaşlığı, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "AzEcol” şirkətinin dəstəyi ilə həyata keçirilir. Layihə əhalinin tullantıların azaldılması, ətraf mühitin təmiz saxlanılması üzrə maarifləndirmə işləri və plastik tullantıların çeşidləmə yolu ilə yığımını nəzərdə tutur.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!