Əflatun Amaşov: "Azərbaycan MDB dövlətləri arasında senzuranı ləğv edən ilk ölkədir"

2019-05-03 10:33:29 / 1880 dəfə oxunub

Azərbaycanda elə bir insan yoxdur ki, öz fikirlərini bölüşərkən hansısa maneə ilə üzləşsin.

Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

O bildirib ki, Azərbaycanda 1998-ci ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq mətbuat üzərindən senzura götürülüb:

"Azərbaycan MDB dövlətləri arasında senzuranı ləğv edən ilk ölkədir. Bu gün Azərbaycan mətbuatı hərtərəfli tələblərə cavab verən qanunvericilik bazasına malikdir. Bütün bunlar hamısı ulu öndərin şəxsi təşəbbüsü ilə həyata keçirilib".

Ə.Amaşov əlavə edib ki, Azərbaycan mətbuatının banisi olan Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetini bu gün də vərəqləyərkən orada gündəmlə səsləşən fikirlər görmək olur.

Qeyd edək ki, 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə ölkənin aparıcı media nümayəndələri Fəxri Xiyabanda Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edib.(trend)


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!