Gürcüstan müsəlmanlarına qarşı təxribat

2019-05-03 09:00:52 / 1252 dəfə oxunub

"Azərbaycanla Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı fəal danışıqlar aparılır və artıq bəzi müsbət addımlar atılıb”.

Sabahinfo.az "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı son hadisələr Gürcüstan xalqının haqlı incikliyinə səbəb olub və bir çox insan artıq öz mövqeyini ifadə edib: "Biz həmçinin bəyan edirik ki, bu komplesk Gürcüstan mədəniyyətinin ən qədim abidələrindən biri və ziyarətgahıdır və gürcü kilsəsi onun müdafiəsi üçün hər şey edəcək".

Gürcüstan Patriarxlığı qəti olaraq hər hansı şəxsin Gürcüstan və Azərbaycan dövlətləri və xalqları arasındakı dostluq münasibətlərini gərginləşdirməyə yönəlmiş istənilən cəhdlərindən, həmçinin müsəlmanlara qarşı təhqiramiz ifadələrdən uzaq olduğunu vurğulayıb: "Hesab edirik ki, həmin cəhdlər digər millətlərə, həmçinin Gürcüstan müsəlmanlarına qarşı düşünülmüş və ya düşünülməmiş təxribatlardır”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!