DİQQƏT! Sabah Bakıda bu yollar bağlanacaq - SİYAHI

2019-05-04 10:52:11 / 1754 dəfə oxunub
Mayın 5-də Bakıda keçiriləcək "Bakı marafonu-2019" ilə bağlı bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sabahinfo.az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, marafonun marşrut xətti Dövlət Bayraq Meydanından Dənizkənarı Milli park boyu nəzərdə tutulub: "Marşrut xətti Azadlıq meydanından Neftçilər prospekti ilə hərəkət edərək Yusif Səfərov küçəsindən keçməklə 10-cu zavod dairəsi və tunel vasitəsilə Heydər Əliyev Mərkəzinədək, Heydər Əliyev Mərkəzindən hərəkətin əksi istiqamətində əlavə yolla Bakı Olimpiya stadionu istiqamətində nəzərdə tutulub. Marafon iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi və yarışın təhlükəsiz başa çatdırılması məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi bildirir ki, tədbir başa çatana qədər təhlükəsizliyi təmin etmək məqsədilə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Bu məqsədlə sürücülərdən xahiş edirik ki, tədbir müddətində alternativ yollardan istifadə etsinlər".

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!