Azərbaycanda ən çox istifadə edilən nəqliyyat vasitələri bunlardır

2019-05-04 10:30:54 / 1737 dəfə oxunub
2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 50,9 milyon ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artım müşahidə olunub.

Sabahinfo.az-ın məlumatına görə, yüklərin 3,0 faizi dəniz, 6,9 faizi dəmir yolu, 0,1 faizi hava, 59,3 faizi avtomobil nəqliyyatı, 30,7 faizi isə boru kəməri ilə daşınıb.

2019-cu ilin yanvar-mart aylarında nəqliyyatçılar 460,7 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,7 faizi avtomobil nəqliyyatı, 12,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 30,2 milyon ton yük, 403,9 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 faiz və 1,6 faiz artım qeydə alınıb.

Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,3 faiz, sərnişin dövriyyəsi isə 1,7 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,4 faiz azalaraq 55,6 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 477,7 min və ya 0,4 faiz çox sərnişin daşınıb.

Trend

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!