“Dağlıq Qarabağ münaqişəsini İlham Əliyev həll edəcək” - Baş nazirin müavini

2019-05-06 11:42:47 / 2781 dəfə oxunub
"Bu gün Azərbaycanda yalnız bir problem qalıb, bu da Dağlıq Qarabağ münaqişəsi, 1 milyon qaçqın və məcburi köçkün problemidir”.

Sabahinfo.az xəbər verir ki, bunu bu gün baş nazirin müavini Əli Həsənov bildirib.

Ə.Həsənov deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində bütün problemlər həll olunub: "Dünyada qəbul edilən qərarlar kağız üzərindədir. Dünyada nəinki ikili, çoxtərəfli standartlar mövcuddur. Son 40-50 ildə heç bir münaqişə həll olunmayıb. Qaçqın və məcburi köçkünlərin sayı 70 milyona çatıb. Yəqin ki, Dağlıq Qarabağ münaqişəsini sonda Prezident İlham Əliyev həll edəcək. Xalqımızla, ordumuzla işğal altındakı torpaqlarımızı azad edəcəyik”. (ona.az)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!