Salyanda qəzaya düşən məktəblilərdən YENİ XƏBƏR - BİR UŞAĞIN VƏZİYYƏTİ AĞIRDIR

2019-05-06 11:15:15 / 2719 dəfə oxunub
Salyanda dəhşətli qəzaya düşən idmançı uşaqlarla bağlı yeni xəbər var.

Salyan rayon Mərkəzi XəstəxanasındanBakupost.az-a verilən məlumata görə,hazırda xəstəxanada 7 yaralı məktəbli var. Yaralı şagirdlərdən Ramazanov Adəm Seymur oğlunun vəziyyəti ağırdır. Xəstəxanada bildirilib ki, azyaşlı hazırda reanimasiyaya yerləşdirilib və həkimlərin nəzarətindədir.
**
10:37
Salyanda dəhşətli qəzada yaralanan uşaqların adları bəlli olub.
Nazirlikdən Bakupost.az-a verilən məlumata görə,yaralanan uşaqlar aşağıdakılardır.

Ağayev Ülvi Dostum oğlu

Kazımov Fərid Saleh oğlu

Əzizov Hüseyn Əliağa oğlu

Əhmədov Kamal Samiroğlu

Səfərov Murad Əhməd oğlu

Ramazanov Adəm Seymur oğlu

Kazımov Əli İntiqam oğlu
**
Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı ilkin məlumat yayıb.

NazirlikdənBakupost-a verilən məlumata görə, hadisə zamanı 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.

Qeyd olunub ki, 1-i sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib: "Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir”.

**
09:50
Salyan məktəblilərin olduğu avtomobil qəza törədib, bir nəfər ölüb.

Şirvan şəhərindən şagirdləri Cəlilabad rayonuna güləş yarışına aparan sürücü idarə etdiyi "Mercedes Vito” markalı mikro avtobusun idarəetməsini itirərək aşırıb.

Qəza nəticəsində Şirvan sakini, 12 yaşlı Əhmədov İlkin Adil oğlu vəfat edib, digər iki şagird isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Report

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!