Deputat Basqalla bağlı tədbirdə iştirak edib

2019-05-07 12:17:51 / 1747 dəfə oxunub

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Dövlət Turizm Agentliyi "Basqal” Dövlət Tarix-Mədəniyyət qoruğunun inkişaf konsepsiyası layihəsini hazırlayıb.

May ayının 6-da İsmayıllı şəhər Mədəniyyət Mərkəzində Respublikanın müxtəlif guşələrində yaşayan basqallıların da iştirak etdiyi geniş tərkibli tədbirdə layihənin təqdimatı olub. Turizmin inkişafı ilə bağlı ətraf 10 kənd də layihədə Basqalla birgə götürülüb. Layihədə kəndlərə yolların çəkilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, ailələrin gəlirinin artırılması, yeni iş yerlərinin açılması, xalq sənətkarlığının (kəlağayi toxuculuğu) bərpası əsas prioritetlərdəndir.

Əslən Basqaldan olan millət vəkili Novruz Aslanov öz çıxışında Prezident İlham Əliyevə bu ölçüyəgəlməz qayğıya görə minnətdarlığını bildirərək sevincini mərasim iştirakçıları ilə bölüşüb.

İsmayıllı bölgəsinin tarixi siması olan Lahıc və Basqal qəsəbələrinə dövlət başçısının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğı ilə yanaşmasını milli-mənəvi, qeyri maddi-mədəni irsə, xalqımızın tarixi keçmişinə, zəngin etnoqrafiyasına, şəhərsalma mədəniyyətinə verdikləri ən yüksək qiymət olduğunu bildirib.


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!