Əli Həsənov: “Təəssüflər olsun ki, Azərbaycan telekanalları nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanır”

2019-05-07 10:49:00 / 2474 dəfə oxunub

"Təəssüflər olsun ki, vahid türkdilli televiziya yaradılması təşəbbüsü 4 ildir ki, reallaşmır. Hazırda da real görünmür. Televiziyanın mənzil qərargahının yerləşməsi, maliyyə məsələlərilə bağlı razılıq əldə olunmadı”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentininİctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiriƏli HəsənovBakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında çıxışı zamanı deyib.

Ə.Həsənov təklif edib ki, Azərbaycanın Dövlət və İctimai televiziyaları Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın.

"Bununla yanaşı, televiziya sahəsində qarşılıqlı əlaqələr qurulmalı və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır. Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-birilə əlaqələrini qurub. Niyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinir".


Ə.Həsənov qeyd edib ki, Türk Dövlətləri Birliyi Şurasının qəbul etdiyi qərarlar liderlərin iradəsini həyata keçirir:

"Türk Şurası yaradıldığı 2012-ci ildən bu günə qədər üzv dövlətlərlə qarşılıqlı əlaqələrlə fəaliyyət göstərir. Türk Şurasına üzv dövlətlərin nümayəndələri ilə birlikdə biz qarşılıqlı əlaqələri müzakirə etmişik. AzərbaycanınDağlıq Qarabağkimi problemi, 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Yaxşı olardı ki, Türk Şurasına üzv dövlətlərində televiziya vasitəsilə Azərbaycan həqiqətləri də türk qardaşlarımıza çatdırılsın".


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!