FHN Akademiyasında Heydər Əliyevin 96-cı ildönümü qeyd olunub

2019-05-07 17:39:56 / 777 dəfə oxunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasındaulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə "Heydər Əliyev Məktəbinin Lektoriyası”nın növbəti məşğələsi keçirilib.

FHN mətbuat xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, lektoriyanın qonağı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı olub.

Əvvəlcətədbir iştirakçıları Akademiyanın həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Akademiyanın akt zalında keçirilən tədbirdə Dövlət himninin səslənməsindən sonra ümummilli lider Heydər Əliyev haqqında sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Baba Salayev Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, xalqımızın böyük oğlu Heydər Əliyevin fəaliyyət dövrü Azərbaycan tarixinin qızıl səhifələridir. Onun əməlləri, bütün fəaliyyəti bir istiqamətə yönəlib: Azərbaycana xidmət etmək. Akademiyanın rəisi qeyd edib ki, Ümummilli Lider adını xalqa xidmət yolunda gördüyü əvəzsiz işlərlə Azərbaycan tarixinə ən böyük azərbaycanlı kimi həkk etdirib.

Toplantıda çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı müstəqil dövlətimizin banisi Heydər Əliyevin tarixi xidmətlərindən danışaraq bildirib ki, Ulu Öndər bütün həyatını və fəaliyyətini xalqımıza, onun tərəqqisinə və xoşbəxtliyinə həsr edib. O, Ümummilli Liderin zəngin dövlət idarəçiliyi təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edərək dünya şöhrətli dahi rəhbərin ideyalarının əbədi yaşayacağını bildirib.


Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!