Yaponiya qondarma “erməni soyqırımı”nı tanımağı rədd etdi

2019-05-08 17:02:03 / 914 dəfə oxunub

"Bizim Türklərə baxış bucağımız fərqlidir”

Erməni diasporunun qondarma "erməni soyqırımı” üçün Yaponiya dövlətinə "Gəlin, bu il bu soyqırımı siz də tanıyın" təklifinə yaponlar rədd cavabı verib və bir də bu təkliflə gəlməməyi xahiş ediblər.

AzNews.az-ın məlumatına görə, bu barədə Yaponiyanın ən böyük "nhk” televiziya holdinqinin "World” kanalı xəbər verib.

Kanalın xəbərinə görə, bu rədd cavabından sonra erməni diasporu Yaponiyaya 2-ci bir təklif də verib: "Yaxşı, indilik soyqırımı tanımayın, amma gəlin Türklərin etdiyi qətliam üçün tikdiyimiz soyqırımı abidəsinə çiçək qoyun, baxın, dünən Türklərlə eyni dinə inanan (İslam) və Türklərin ümmət dedikləri ərəb dünyası erməni soyqırımını tanıyaraq soyqırımı abidəsini ziyarət etdi və Türk ictimaiyyətinin xəbəri belə olmadı. Siz yaponların əndişələnməsinə heç bir gərək yoxdur”.

Onların bu təklifinə qarşılıq olaraq yaponlar "Bizim ölkəmizin Türklərə baxış bucağımız fərqlidir” - deyərək, 2-ci təklifi də rədd ediblər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!