Şəmkirdə dəhşətli qəza: çox sayda ölü və yaralılar var - TƏFƏRRÜAT

2019-05-08 17:04:51 / 714 dəfə oxunub
Şəmkirdə sərnişin avtobusu qəzaya düşüb.

Sabahinfo.az-ın ONA-ya istinadən xəbərinə görə, hadisə rayonun Qaracəmilli kəndində qeydə alınıb. Kənd ərazisində hərəkətdə olan olan avtobus aşıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, Şəmkirdə baş verən yol qəzası nəticəsində 3 nəfər ölüb, 7 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti orta-ağırdır. Xəsarət alan şəxslərə tibbi yardım göstərilib.

Qəza nəticəsində "VAZ-2107"nin sürücüsü Vidadi Gülməmmədov, sərnişinləri - 74 yaşlı Şücaət Gülməmmədova və 3 yaşlı Ayxan Gülməmmədov ölüblər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!