Azərbaycanda vətəndaşlardan 2 milyon manat mənimsəyən şirkət rəhbəri həbs olundu

2019-05-08 16:53:30 / 1724 dəfə oxunub
DİN-in sabiq idarə rəisinə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib.

"Azəri AQA” MMC-nin rəhbəri Qədim Ədilov biznes qurmaq adı ilə vətəndaşların 2 milyon manata yaxın pulunu mənimsəməkdə təqsirli bilinir. Zərərçəkənlər arasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Cavad Şıxəliyev də var. Q.Ədilov C. Şıxəliyevin etibarından sui-istifadə edərək onun 50 min dollar pulunu mənimsəyib.

Çoxsaylı vətəndaşlardan daxil olan şikayət əsasında Binəqədi Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq orqanı Q.Ədilovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə mayın 3-də təqdimata baxaraq Q.Ədilov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Q.Ədilov bundan əvvəl dələduzluq əməllərini ört-basdır etmək üçün özünü "MTN işi”ndə zərərçəkən kimi təqdim etməyə çalışsa da istintaq onu zərərçəkən kimi tanımayıb.
ONA

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!