Putin İlham Əliyevi təbrik etdi

2019-05-08 14:57:37 / 2426 dəfə oxunub
Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 74-cü ildönümü münasibətilə MDB dövlət başçılarını təbrik edib.

Bakupostxəbər verir ki, Putin təbrik məktubunu Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, tanınmamış Abxaziya və Cənubi Osetiya liderləri və vətəndaşlarına, eləcə də Gürcüstan və Ukrayna xalqına ünvanlayıb.

Qeyd edək ki, Putin bu il də ənənəvi olaraq göndərdiyi 9 May təbrikində Gürcüstan və Ukrayna liderlərini yada salmayıb.

Rusiya prezidenti müharibə veteranlarına dərin təşəkkürünü bildirib, onlara can sağlığı və uzun ömür arzulayıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!