Leyla Əliyeva Buzovnada 1 saylı psixonevroloji sosial xidmət müəssisəsini ziyarət edib

2019-05-10 09:41:41 / 1532 dəfə oxunub

Mayın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib.

AZƏRTACxəbər verir ki, 1974-cü ildə yaradılan 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunaraq bu ilin fevral ayında istifadəyə verilib. Yenidənqurma işlərindən sonra burada yaşayanların sağlamlığı və rahatlığı üçün müasir standartlara uyğun şərait yaradılıb.

Heydər Əliyev Fondu növbəti dəfə burada xüsusi qayğıya ehtiyacı olan insanlar üçün şənlik təşkil etdi.

Fondun vitse-prezidenti Leyla Əliyeva tədbirə gələrək müəssisənin sakinləri ilə görüşdü, onlarla söhbət etdi, burada yaradılan şərait, bu kateqoriyadan olan insanların müalicəsi ilə maraqlandı.

Xüsusi qayğıya ehtiyacı olanlar 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində gün ərzində gördükləri işlərdən danışdılar, necə əyləndiklərini söylədilər, təəssüratlarını bölüşdülər.

Müəssisəyə sosial xidmətə ehtiyacı olan psixotik simptomatika mərhələsinə çatmayan şəxslər qəbul edilir.

Ölkəmizdə sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan şəxslərin tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət bu qəbildən olan şəxslərin çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Dövlət səviyyəsində bu istiqamətdə reallaşan tədbirlərə Heydər Əliyev Fondunun da xüsusi töhfəsi var. Bu cür layihələrin icrası həm də onu göstərir ki, nəcib təşəbbüsləri və layihələri ilə seçilən Heydər Əliyev Fondunun xüsusi qayğıya ehtiyacı olanların sosial məsələlərinin həlli, onların müalicə və reabilitasiya işinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər davamlı xarakter alıb.

1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!