Bakıda bir ailə küçəyə atıldı: İcazəmiz olmadan evimizi sökdülər - VİDEO

2019-05-10 10:43:59 / 3656 dəfə oxunub

Bakının Nəsimi rayonu,Süleyman Rəhimov küçəsi, dalan 6, ev 3-də yaşayan ailənin evionların icazəsi olmadan sökülüb.

Belə ki, bir müddət əvvəl Ələkbər Salamova aid, sahəsi 20 kvadratmetr olan evin sökülməsi üçün Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələriailəyə31 min manat pul təklif edib.

Ancaq verilən məbləğlə razılaşmayan Salamovlar evlərinin sökülməsinə etiraz ediblər.

Ailə iddia edir ki, buna baxmayaraq, əlində heç bir rəsmi göstərişolmadan özlərini Nəsimi RİHnümayəndələri kimi təqdim edən şəxlər evi söküblər.

Ailə deyir ki, icra nümayəndələri icazəsiz söküntü aparmaları ilə, yanaşı onlaragüc tətbiq ediblər.

Hazırda evsiz qalan Salamovlar ailəsitəklif olunan məbləğlə razılaşmır,əvəzində isə həmin ərazidən yeni ev tələb edirlər.

Baku TV-nin əməkdaşları ərazidə olan icra nümayəndələrindən məsələ ilə bağlı açıqlama almaq istəsələrdə, icra nümayəndəsi suallara cavab verməkdən imtina edərək, ərazidən uzaqlaşıblar.

Sail Ağasəlim,Valeh Arifoğlu


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!