İtkin düşən alpinistlərin adı əbədiləşdirildi - FOTO

2019-05-10 10:09:01 / 940 dəfə oxunub

2017-ci ilin dekabrın 23-də itkin düşən, bir müddət sonra isə meyitləri tapılan azərbaycanlı alpinistlərin adı əbədiləşdirilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Xəbərə görə, hər üç gəncin – Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirə lövhəsi itkin düşdükləri Mahmuddərə ərazisində dağa bərkidilib.

Xatırladaq ki, N.Bünyatov, F.Cəbrayılzadə və Babur Hüseynov 2017-ci ilin dekabr ayında Qubanın Xınalıq kəndi ərazisindən Tufandağ istiqamətində yürüşə çıxıblar. Onlar Mahmuddərə adlanan ərazidə uçquna düşüblər. Axtarışları uzun müddət davam edib.


Son xəbərlər
“FACEBOOK” GÜNDƏMİ
2019-05-16 11:38:45
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!