Deputat: “Azərbaycan xalqı neçə gündür Heydər Əliyevin doğum gününə hazırlaşır”

2019-05-10 10:46:27 / 1808 dəfə oxunub

"Heydər Əliyev dahi şəxsiyyətdir. Onun doğum günü ilə bağlı təkcə YAP yox, bütövlükdə Azərbaycan xalqı neçə gündür ki, hazırlaşır”.

Sabahinfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında YAP Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə danışarkən deyib.

O bildirib ki, Azərbaycan xalqı üçün Heydər Əliyevin fəaliyyəti və həyatı çox önəmlidir.

"Çünki Heydər Əliyev bütövlükdə həyatını Azərbaycan xalqına və onun inkişafına sərf edib. Biz də Yeni Azərbaycan Partiyası olaraq hər il olduğu kimi bu il də onun doğum gününə xüsusi hazırlaşmışıq. Heydər Əliyevin keçdiyi yola nəzər yetirdikcə, onun mənasını, fəlsəfəsini daha çox dərk edirik”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!