Bakıda ingilis dueli: “Arsenal”ın rəqibi “Çelsi” oldu

2019-05-10 09:10:22 / 2119 dəfə oxunub

Futbol üzrə Avropa Liqasının finalçıları müəyyənləşib.

Modern.azxəbər verir ki, İngiltərənin "Arsenal" komandası yarımfinalda İspaniya "Valensiya"sı ilə qarşılaşıb. Londondakı ilk görüşdə 3:1 hesablı qələbə qazanan "Arsenal" səfərdə də 2 top fərqi ilə qalib gəlib - 4:2.

Digər yarımfinal oyununda isə "Çelsi" (İngiltərə) - "Ayntraxt" (Almaniya) komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. İlk oyunda da 1:1 hesabı qeydə alındığından əlavə vaxt oynanılıb. Amma əlavə vaxtda da qalib müəyyənləşmədiyindən oyunun taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Penaltilər seriyasında daha dəqiq olan "Çelsi" 4:3 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Bununla da "Arsenal"ın rəqibi "Çelsi" oldu. Çempionlar liqasının ardınca Avropa Liqasının finalında da İngiltərə klublarının dueli olacaq.

Avropa Liqasının final oyunu isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!