FHN-də Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib

2019-05-10 18:09:34 / 1325 dəfə oxunub

Bu gün Fövqəladə Hallar Nazirliyində (FHN) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı və Heydər Əliyev Fondunun yaradılmasının 15-ci ildönümü münasibəti ilə tədbir keçirilib.

Sabahinfo.az-ın məlumatına görə,əvvəlcə, nazirliyin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri qoyulub.

TədbirDövlət Himninin səslənməsi ilə başlanıb.

Tədbirdə Heydər Əliyevin ömür yolundan danışan fövqəladə hallar naziri, general-polkovnikKəmaləddin Heydərov deyib ki, Naxçıvanın ağır dövründə Heydər Əliyev gəlməsəydi, Naxçıvan Ermənistantərəfindənişğaltəhlükəsi ilə üz-üzə qalacaqdı.

K. Heydərov müstəqilliyin ilk illərində Azərbaycanın ağır durumda olduğunu xatırladıb: "1993-cü ildə xalqın çağırışı ilə Bakıya qayıdan Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladı, Ermənistanın işğalı dayandırıldı, sabitlik və inkişafın əsası qoyuldu. Bu gün məhz o möhkəm təməlin üzərində Prezident İlham Əliyev Azərbaycanı inkişaf etdirir”.

Nazir vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin ilk illəri yeni yaranan bir çox dövlətlərlə müqayisədə faciəvi olub: "Bir tərəfdən səbatsız, bir-biri ilə çəkişən rəhbərlər, digər tərəfdən, Ermənistanın işğalı reallığı vardı. Heydər Əliyev dahi bir insan kimi Azərbaycanı bəlalardan xilas etdi, gələcək yol xəritəsinimüəyyənləşdirdi. Biz həmişə Heydər Əliyevə minnətdar olmalıyıq. Nə qədər Azərbaycan xalqı var, Heydər Əliyevdə olacaq".

K. Heydərov Heydər Əliyev Fondunun yaranmasının 15-ci ildönümüolduğunu da xatırladaraq,Fondun əməkdaşlarının, Fondda çalışanlarınfəaliyyətiniyüksək qiymətləndirib: "Heydər Əliyev Fondunu MehribanxanımƏliyeva qurub. Mən elə bir Fond tanımıram ki, əhaliyə bu qədər xidmət göstərsin. Azərbaycanın inkişafında Heydər Əliyev Fondunun dəstəyi inanılmazdır. Mən fürsətdən istifadə edərək, həm Prezident İlham Əliyev, həm də Mehriban Əliyevaya bizə göstərdikləri dəstək və qayğıya görə təşəkkür edirəm. Şamaxı, İsmayıllı, Ağsu zəlzələsinin nəticələrinin aradan qaldırılması üçün Heydər Əliyev Fondunun könüllüləri gəldi, bizim işlərə kömək etdi. Fond bir çox ev və sosial obyektin tikilməsini öz üzərinə götürdü. Bu, çox böyük diqqət, dəstəkdir”.

Yeni Azərbaycan Partiyası(YAP)icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, tarixi yaradanlar, tarixi quranlar və tarixi öyrənənlər var: "Buradakı insanların çoxu həmin tarixi görüb. Biz Ümummilli Liderin fəaliyyəti dövründə yaşamışıq, çalışmışıq,xalqımızın, dövlətimizin möhkəmlənməsinə töhfə verməklə yanaşı, təcrübə toplamışıq. Dünyada bu gün baş verən proseslərə baxanda görürük ki, Azərbaycanın bəxti onda gətirdi ki, Heydər Əliyevölkəyəqayıtdı.ƏvvəlNaxçıvanı, sonra isə Azərbaycanı xilas etdi”.

S. Novruzov nəzərə çatdırıb ki, Azərbaycan SSRİ-dəki 15 respublika arasında müstəqilliyini 14-cü elan edib: "Azərbaycanın müstəqillik tarixi, ənənəsi vardı və ən azı ikinci, üçüncü olaraq SSRİ respublikaları arasında müstəqil dövlət kimi elan olunmalı idi. Səriştəsiz insanların gözləmə mövqeyi nəinki müstəqilliyimizin gec elan olunmasına,ölkəninacınacaqlı duruma düşməsinə, torpaqlarımızın itirilməsinə səbəb oldu. Heydər Əliyev həmin dövrdə hakimiyyətdə olsaydı, bugünkü nailiyyətlərimiz indikindən 20 dəfə artıq olardı. Heydər Əliyev zamana qalib gələn şəxsiyyətidi. Zamana qalib gəlmək üçün qabağı görməli və cəsarətli addımlar atmalısan. Heydər Əliyev zamanı qabaqladı, Azərbaycanın inkişaf strategiyasını müəyyən etdi. Heydər Əliyev olmasaydı, əsrin əvvəlində olduğu kimi,Azərbaycan parçalanmalı,ayrı-ayrı dövlətlərin tərkibində olmalıidi. Azərbaycan SSRİ respublikaları arasında 14-cü müstəqilliyini elan etməsinə baxmayaraq, onlar arasında ən yaxşı vəziyyətdə olan respublikadır. Azərbaycanın müstəqilliyi və dövlət quruculuğunda Heydər Əliyevinmisilsizrolu var”.

Onəzərə çatdırıb ki, sərvətləri olan dövlətlər arasında həm yaxşı yaşayan, həm pis durumda olanlar var: "Bu gün İraqa, Suriyaya, Liviyaya baxsaq, görərik ki, ayrı-ayrıdövlətlərin marağı ucbatından həmin sərvətlər xalqın mənafeyinə xidmət etmir. Bu gün Azərbaycanın hər bir vətəndaşı ayıq-sayıq olmalıdır.Ayrı-ayrı dövlətləri qızışdırıb Azərbaycana qarşı qoymaq istəyirlər, beləhalların qarşısı alınmalıdır. Bu gün Prezidentin ətrafında birləşməyə ehtiyac var və burada həmin qvardiyanın üzvləri əyləşib. Prezident tərəfindən atılan addımlar, Heydər Əliyev siyasətinin davam etdirilməsi ayrı-ayrı dövlətlər tərəfindən qəbul olunmur. Azərbaycanın müstəqil siyasət yeritməsi o dövlətlərdə qıcıqyaradır.Azərbaycan 200 dövlət içərisində az dövlətlərdən biridir ki,müstəqil siyasətyürüdür. Həmin dövlətlərin bir qismi alyanslarda toplaşıb, özlərinə böyük qardaş tapıb, onun dediyi ilə oturub durur. Azərbaycan isə müstəqil siyasət yeridir vəbusiyasət xalqın maraqlarına uyğun həyata keçirilir”.

YAP icra katibinin müavini deyib ki, Prezident İlham Əliyev həmişə vətəndaşların yanında olduğunu göstərib: "Biz yanvar ayından başlayaraq dövlət başçısının verdiyi sərəncamlara baxsaq, müxtəlif qəbildən olan insanların əmək haqqı, pensiyası artırılıb. Bu insanların həyat şəraitinin yaxşılaşması üçün böyük həcmdə vəsait ayrılıb".

S. NovruzovFHN əməkdaşlarınında daim dövlətə sədaqətlə xidmət etdiklərini vurğulayıb: "KürvəAraz çaylarınıntörətdiyidaşqınların, zəlzələlərin nəticələrinin aradan qaldırılması, yanğınların qarşısının alması, Bakıda ticarət mərkəzində baş verən son yanğında bir insanın belə xəsarət almaması FHN-inuğurluxidmətinin nəticəsidir.Eyni zamanda onu mütləq vurğulamalıyam ki, nazirKəmaləddin Heydərovun rəhbərlik etdiyi sahədə dövlətə, Prezidentə sədaqət, xidmət var. İnsanın fəaliyyəti tutduğu vəzifədəndeyil, onun şəxsiyyətindən asılıdır.FHNPrezidentin fərman və sərəncamlarını yüksək səviyyədə həyata keçirir.Mən mütləqFHN əməkdaşlarının başqa ölkələrdə təbii fəlakətlərin qarşısının alınmasında iştiraklarını daqeydetməliyəm. FHN-nin Prezidentə, dövlətə sədaqətli xidməti Şamaxı-İsmayılı bölgəsində zəlzələnin nəticələrinin aradan qaldırılması, vətəndaşlardadövlətə inamyaradılmasında da özünü döstərir. Əminəm ki,bu kollektiv hər zamanPrezidentin ətrafında səfərbər olacaqvə dövlətə, Prezidentə ləyaqətlə xidmət edəcək".(ona)



Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!