“And olsun Allaha, balamın canına özümə qəsd edəcəm” – Müğənni Kərim

2019-05-11 16:41:01 / 1607 dəfə oxunub
Müğənni Kərim Abasov atasının ölümündən bir neçə gün sonra səhnəyə çıxdığı üçün tənqid edilməsinə münasibət bildirib.

BakuPost-un məlumatına görə, ifaçı sosial şəbəkədə yazdığı statusda tənqidlərdən bezdiyini və intihar edəcəyini açıqlayıb:

"Xahiş edirəm, mənim hislərimlə oynamayın. And olsun Allaha, balamın canına özümə qəsd edəcəyəm. Hər gün dərman içib əsəblərimi sakitləşdirməkdən bezdim. Tab gətirə bilmirəm. Əl çəkin məndən. Bilməzdim ki, atamı məndən çox istəyənlər var imiş. Atamın ölüsünü şoulaşdırıb yazanlar, özümə qəsd etsəm, altından çıxa biləcəksiniz?

Əl çəkin, həyatımı, dərdimi yaşayım. Ağlamaqdan gözlərim göynəyir. Kor olacağam axırda. Sənətim qazanc yerimdir. Balamın, ailəmin, hüzura gələn qonaqların qabağına mən çıxmalıyam. Dilənçi deyiləm ki, məclisə gələn qonaqlardan pul yığım. Adım, sanım var. Ona görə də mən işə çıxıb pul qazanmalıyam. Kimsə gəlib qapımı döyüb mənə 10 manat vermir. Baxın görün mən nə çəkirəm. Əl çəkin məndən. Qurana and olsun damarlarımı doğrayacam, axırıncı xəbərdarlığımdır".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!