İlham Əliyev insult keçirən Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdü

2019-05-11 17:48:41 / 1651 dəfə oxunub
Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb.

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev hadisə baş verəndən sonra Z.Quliyevin ilkin müalicə aldığı xəstəxanada olub, həkimlərlə danışıqlar aparılıb. Sonradan Milli Qəhrəmanın peşəkar həkim nəzarətində müalicə alması üçün o, mayın 11-nə keçən gecə A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirilib. Yenidən müayinəsi aparılıb. Həkimlər Zabil Quliyevin vəziyyətini orta-ağır qiymətləndirirlər.

A.Xudiyevin sözlərinə görə, Milli Qəhrəmanın müalicəsi üçün lazım olan bütün tədbirlər davam etdiriləcək.

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib. (report.az)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!