Bakıda tanınmış həkimi və arvadını öldürən bağbana ÖMÜRLÜK HƏBS

2019-05-13 14:04:17 / 3022 dəfə oxunub
Bakıda tanınmış həkimi və arvadını öldürən İlqar Xancanovun məhkəməsi bitib.

Bakupost.az-ın məlumatına görə,Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev qərarı iləİlqar Xancanov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Tanınmış həkim olan və təqaüdə çıxmış A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

Sabirabad sakini İ.Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb. Əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə həbsdə olmuş İ.Xancanov 2 ay əvvəl işdən çıxarılıb.
O, bıçaqladığı şəxslərin ikisinin də öldüyünü düşünərək izi itirmək üçün qan içində olan ər və arvadı A.Şuşalıya məxsus "Land Rover” markalı avtomobilə qoyaraq ərazidən uzaqlaşmaq istəyib. Lakin polislər şübhəli maşını müəyyənləşdirərək saxlayıblar.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!