Qalmaqallı hakim təqaüdə göndərildi

2019-05-13 13:20:43 / 5309 dəfə oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakimi Ənvər Seyidov təqaüdə göndərilib.

Bakupost.az-ın məlumatına görə, qalmaqallı hakim 70 yaşı tamam olduğu üçün təqaüdə göndərilib.
Qeyd edək ki, Ə.Seyidov 1949-cu il martın 29-da anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1964-cü ildən başlayan hüquqşünas səhiyyə və rabitə sahəində müxtəlif işlərdə çalışdıqdan sonra, 1972-ci ildə Azərbayvcan Ədliyyə Nazirliyi sistemində işə başlamaqla respublik VVA Arxivinin müdiri, Notariat və VVA İdarəsinin baş məsləhətçisi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib.

Ə.Seyidov "Azərbaycan Respublikasında beynəlxalq normaların tətbiqi" (2003), "Konstitusiya və hüququn əsasları", "Hüququn əsasları" (2008), "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" (2008) dərsliklərinin müəllifidir.

1994-99-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Secki Kommisiyasının təftiş qurupunun rəhbəri olub.

Hərbi rütbəsi polkovnik olan hüquqşünas birinci ixtisas dərəcəli hakim, hüquq elmləri namizədi, dosentdir.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!