Azərbaycanda qadın və kişilərin sayı bərabərləşdi

2019-05-13 12:27:06 / 384 dəfə oxunub
"Azərbaycanda qadın və kişilərin sayı bərabərdir".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gender bərabərliyi və media" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı çox ciddi addımlar atılıb.

H. Hüseynovanın sözlərinə görə, qadın hüquqlarının qorunmasına daha çox diqqət ayrılmalıdır: "Azərbaycanda qəbul edilən istənilən proqramlarda, qanunlarda gender komponenti yer alıb. Azərbaycanda ilk bələdiyyə seçkilərində 4 faiz qadın yer qazanmışdı. Biz bunun səbəblərini araşdırıb, qadınlarla iş aparıb, onlarda özlərinə inam yaratdıq. Nəhayət, bələdiyyə sistemində qadınların sayı 35 faizə çatıb. Bələdiyyə əhaliyə yaxın bir sistemdir. Niyə bələdiyyələrdə qadınların sayı az olmalıdır?!".

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda qadın problemləri ilə məşğul olan təşkilatların sayı 200-ü ötüb. (Modern.az)

Son xəbərlər
“FACEBOOK” GÜNDƏMİ
2019-05-16 11:38:45
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!