BDYPİ: “Satılır” sözünə görə avtomobil sahibləri cərimələnə bilməz

2019-05-13 11:44:47 / 873 dəfə oxunub
"Kimsə avtomobilini satırsa, avtomobilin üzərində "satılır” sözü yazıb, telefon nömrəsini də qoyursa, ona görə avtomobilin sahibi heç bir məsuliyyətə cəlb oluna bilməz”.

Bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.

K.Əliyev avtomobilin hansısa təşkilata, şirkətə məxsusluğunu bildirən loqo vurulubsa, bu da reklam sayıla və cərimə tətbiq edilə bilməz.

Qeyd edək ki, son günlər bir sıra KİV-lərdə K.Əliyevin adından avtomobillərin üzərində "satılır” sözü yazılmasının reklam qanunvericiliyini pozduğunu, buna görə avtomobil sahiblərinin cərimələnəcəyi barədə məlumat yayılıb. Bildirilib ki, bu halda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək. (ONA)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!