“Yalançı vətənpərvərlər haqsız yerə bizi ittiham edirlər” – Nazirlik rəsmisi

2019-05-14 16:32:57 / 180 dəfə oxunub

"Bəzi şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyini haqsız olaraq ağac kəsənlərlə əlbir olmaqda ittiham edir”.

Modern.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, ETSN ağacların məhv edilməsinə qarşıdır, bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısının almağa çalışır:

"Ancaq yalançı vətənpərvərlik göstərənlər haqsız yerə bizi ittiham edirlər. ETSN ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə çalışanlara hər zaman qarşı durub və duracaq. Təəssüf ki, bəziləri bu məsələlərdə haqsız yerə, bizi ittiham edir, bir neçə il əvvəlki, köhnə məlumatları yayır, ETSN-ni günahlandırmağa, kollektivin gördüyü işlərə kölğə salmağa çalışır. Yalançı vətənpərvərlik göstərib, əsassız ittiham edirlər ki, guya biz ağac kəsənlərlə əlbirik. Nədə əlbirik?

Bu heç bir məntiqə sığmır, hansı həkim öz xəstəsinin ölümündə maraqlı olar? Biz, saglam və şəffaf fəaliyyətimizi davam etdiririk. Bir daha əminliklə bildiririk ki, Nazirlik ağacların kəsilməsinə, yaşıllıqlara qəddar münasibətə qarşıdır və əksinə, paytaxtda və regionlarda kütləvi surətdə ağac əkilməsinə, yaşıllıq sahələrinin miqyasının genişləndirilməsində maraqlıdır".

İradə İbrahimova əlavə edib ki, t əkcə son payız və yaz ağacəkmə kampaniyalarında 2 milyondan çox ağac əkilməsi buna sübutdur. Onun sözlərinə görə, yaşıllıq altına düşən sahələrdə tikinti işlərinin aparılması bəzən ağacların kəsilməsi kimi arzuolunmaz hallar yaradır və bu, dərhal ETSN tərəfindən adekvat reaksiya ilə qarşılanır.

"Çox sevindiricidir ki, artıq belə vəziyyətlərdə ictimaiyyət də təpki göstərir, bizə dəstək verir, media orqanları məsələni diqqətdə saxlayır".


Son xəbərlər
“FACEBOOK” GÜNDƏMİ
2019-05-16 11:38:45
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!