Hacıbala Abutalıbovun bağlatdırdığı kafe gecə klubu kimi fəaliyyətə başladı

2019-05-14 16:22:53 / 1051 dəfə oxunub

Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş "26” - "Twenty six” adlı kafe başqa adla gecə klubu kimi fəaliyyətə başlayıb.

Modern.azxəbər verir ki, yeni açılan gecə klubu "Hot Room Club” adı ilə fəaliyyət göstərir. Gecə klubu axşam saat 22:00-dan səhər tezdən 06:00-a qədər işləyir.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Bakının Səbail rayonu ərazisində, "Sahil bağı” yaxınlığında, Xaqani küçəsində yerləşən Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş "26” - "Twenty six” kafesi qalmaqallı şəkildə bağlanmışdı.

Obyektin bağlanmasına səbəb kimi onun "26 - Bakı komissarı”nın adını daşıması göstərilmişdi. Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!