YAP Lerik rayon təşkilatı Gənclər Birliyində yeni sədr

2019-05-15 10:34:39 / 2835 dəfə oxunub

Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

 

Modern.az xəbər verir ki, konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, YAP Lerik rayon təşkilatının Gənclər Birliyinin üzvləri və konfransa seçilmiş nümayəndələr iştirak ediblər.

 

Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül-çiçək dəstələri düzüblər.

 

Sonra tədbir Lerik Rayon Mədəniyyət Mərkəzində Azərbaycan respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam etdirilib.

 

Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşiyev konfrans iştirakçılarını salamladı və konfrans gündəliyini elan etdi. Çıxışında C.Baxşıyev bildirdi ki, son illər Respublikamızda gedən dinamik inkişafın mərkəzində məhz Yeni Azərbaycan Partiyası durur. Yaradıcısı və qurucusu ümummilli liderimiz Heydər Əliyev olan partiya daim dövlətçilik ənənələrinə sadiq olmuş, dövlət quruculuğuna öz töhfələrini vermişdir. Yeni Azərbaycan Partiyasının hər bir üzvü ulu öndərin yaratdığı siyasi məktəbin yetirməsi, onun ideyalarının təbliğatçısıdır. Ümummilli liderimizin müəyyən etdiyi istiqamət, doğru yol onun layiqli varisi cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

 

Sonra YAP Lerik rayon təşkilatı Gənclər Birliyinin sədri Nüsrət Kərimov hesabat məruzəsi ilə çıxış edib.

 

Məruzə ətrafında gənc partiya fəallarından Orxan Abbaszadə, Veysəl Məlikov və Şəms Cabbarova çıxışlar ediblər.

 

Çıxışlardan sonra rayon təşkilatının Gənclər Birliyinin sədri, Şura üzvləri, idarə heyəti  və YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçildi. Nüsrət Kərimov yenidən YAP Lerik rayon təşkilatının Gənclər Birliyinin sədri seçilib.

 

Konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək Gənclər Birliyinin yeni seçilmiş tərkibini təbrik ediblər. Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar. Həmçinin Lerik gənclərinin də ölkəmizin ictimai həyatında fəal iştiraklarını qeyd edərək Gənclər Birliyi üzvlərinin rolunu yüksək qiymətləndiriblər. Cənab Prezident İlham Əliyevin sədri olduğu partiyanın üzvü olmağın məsuliyyətli və şərəfli iş olduğunu vurğulayaraq partiyada təmsil olunan gənc fəallara işlərində yeni uğurlar, nailiyyətlər arzulayıblar.

 

Konfransda partiya sıralarına yeni qəbul olmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilib.

 

Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul edilib.

Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!