“Bu avtobus sürücüləri 100 manat cərmələnəcək” – BNA-da dava açıqlaması

2019-05-15 10:50:00 / 371 dəfə oxunub
Xəbər verdiyimiz kimi, Avtovağzal-Binəqədi istiqamətində hərəkət edən 91 saylı marşrut avtobusunda insident baş verib. Təxminən 20-25 yaşlı sərnişin sürücüdən avtobusu dayanacaqdan kənar yerdə saxlamağı tələb edib. Adil adlı sürücü onun istəyini yerinə yetirməyəndə sərnişin sürücünün üstünə yeriyərək onu təpikləməyə başlayıb.

Bəs, bu kimi xoşagəlməz hadisələrin baş verməməsi üçün hansı addımlar atılmalıdır?

Bakı Nəqliyyat Ağentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, müntəzəm marşrut xətti üzrə sərnişindaşımada istismar edilən avtobuslar ümumi istifadədə olan nəqliyyat vasitəsidir: "Avtobusda həm sürücülərin həm də sərnişinlərin riayət etməli olduğu qaydalar var. Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq sərnişinlərin ictimai nəqliyyatda etik davranış qaydalarına əməl etməsi ilə bağlı maarifləndirmə işləri aparır. Bu məqsədlə müxtəlif video çarxlar, çap materialları hazırlanaraq yayımlanıb. Eyni zamanda ərazidə sərnişinlərlə maarifləndirici söhbətlər aparılır. Bu işlər bundan sonra da davam etdiriləcək”.

M. Ağayuev bildirib ki, avtobusu dayanacaqdan kənar saxlamaq olmaz: "Sürücü avtobusu dayanacaqdan kənar saxlayıb sərnişin mindirib-düşürərsə bu halda inzibati xətalar məcəlləsinə uyğun 100 AZN cərimə olunacaq”.

Məsələ ilə bağlı avtobusdan istifadə edən vətəndaşların fikirlərini də öyrəndik. İnsanlaraçıq şəkildə bildirir ki, sürücülər dayanacaqdan kənar sərnişin götürür, amma sərnişin düşürmür ki, qadağandır: "Bəzi yerlərdə dayanacaqlar arasında xeyli məsafə var deyə biz əziyyət çəkirik, sürücülər istədikləri kimi hərəkət edirlər. Avtobuslarda sərnişin hüquqları yox səviyyədədir”.

BNA-nin mətbuat katibi isə bildirir ki, dayanacaqdan kənarda sərnişin götürmək faktı olanda agentlik cəza tədbiri görür:"Əgər dayanacaqlar bir-birindən çox aralıdırsa, vətəndaşlar bizə məlumat versinlər, inanın ki, dərhal tədbir görüləcək. Dayanacaqdan kənarda sərnişin götürən sürücülər isə mütləq cəzalanacaqlar”.

Son xəbərlər
“FACEBOOK” GÜNDƏMİ
2019-05-16 11:38:45
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!