Yol polisində jurnalistdən 100 manat rüşvət istədilər – Rəhbərlik təftişə başladı - Açıqlama

2019-05-15 10:20:06 / 2232 dəfə oxunub
Tanınmış jurnalist Əvəz Zeynallı bir neçə gün bundan əvvəl Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində qarşılaşdığı hadisələrdən bəhs edən status paylaşıb.

BakuPost-un məlumatına görə, o, mayın 4-də avtomobili vurulub, sığorta şirkətinə təqdim etmək üçün "Forma 4” arayışı almaq üçün BDYPİ-yə gedib və orada aryış müqabilində rüşvət tələb olunub: "Bakı Dövlət Yol Polisi İdarəsinin 24-cü otağında Nicat Cəlilov adlı bir adam oturdublar, kapitandır. Avtomobilim vurulub və "Forma 4” deyilən arayışı bu adamdan almalıyam. Binəqədi DYP-də bir neçə ay əvvəl 1 günə vermişdilər bu sənədi – həm də hörmət-izzətlə. Yaxşının da adını deyim – Fuad Məmmədov idi.

Nicat Cəlilov məni mayın 4-də, hadisə günü axşam saat 21.30-da çağırdı. Sənədi tez verməsini xahiş etdim. "100 manat versən, bir günə verə bilərəm” dedi. Çaşdım açığı. "Binəqədi DYP-də bu sənədi bir günə aldım, pul da vermədim” dedim ki, bəlkə anlaya. Anlamadı Nicat və başladı izahat verməyə. Kuryerləri varmış, onlara pul verirlərmiş…
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla danışdığımı dedim və onun da xahiş etdiyini çatdırdım. Vecinə də almadı. "Səhər gəl” dedi. Bu minvalla Nicat Cəlilov deyilən bu dünyanı vecinə almayan adam düz 7 gün məni yollarda süründürdü. 100 manatı ala bilmədi, amma sənədi də vermədi…”



Ə. Zeynallı əlavə edib ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla danışdığını kapitana deyib və onun da xahiş etdiyini diqqətinə çatdırıb:"Vecinə də almadı. "Səhər gəl” dedi. Bu minvalla Nicat Cəlilov deyilən bu dünyanı vecinə almayan adam düz 7 gün məni yollarda süründürdü. 100 manatı ala bilmədi, amma sənədi də vermədi. Sənədi almaq üçün aləmi bir-birinə qatmaq lazım oldu. Mən dava-dalaş salanda məlum oldu ki, ayın 10-da bu adam sənədi poçta verib, mənə də deyib ki, gəl götür. Gəlmişəm sənəd yox, bina bir-birinə dəyəndən sonra Elşad adlı inspektorların rəisi gəlib ki, bəs sənədin poçtla göndərilib.

DYP-nin rəisi Ramiz Zeynalovun yaxın qohumu olduğu deyilən bu balaca nicatlar özbaşlarına bu rüşvəti belə leqal yığa bilməzlər. Bunların arxasında ən aşağısı Ramiz Zeynalov, ondan da balacası Nuşirəvan Səfərov dayanır. Cuppulu xandır Nuşirəvan. Vətəndaşları qəbul da etmir ki, rəislik edib rüşvət yığdığı binasında nələrin baş verdiyini deyəsən. Ona görə Nicat Cəlilov adam saymır, çünki arxasında Nuşirəvan var. Ona görə də hər bir forma 4 arayışı üçün 100 manatı bağırda-bağırda alır vətəndaşlardan. Növbə növbənin dalınca. Soy ki, soyasan vətəndaşı. Bu qanəmicilərin gözləri doyacaqmı nə zamansa?!

Yazı yazıb başlarına od ələyəndə bizə hər zaman deyirlər ki, əlaqə saxlayın, mətbuat xidmətləri ilə danışın, dərdinizə dərman qılsınlar. Edirik. Danışırıq. Elə o səbəbdən də Vaqif Əsədovla əlaqə saxladım. Mübarəkin 3 nömrəsinə təxminən 25-30 dəfə zəng edəndən sonra Vaqif müəllim telefona – ikinci gün cavab verdi. Şirin dili ilə Nicat Cəlilovun, sonra dəftərxana müdiri Rəna Mehdiyevanın yanına göndərdi. Hamısı da hörmətsiz qarşıladı. Vaqif Əsədovun BDYP-də bir qəpiklik hörməti və nüfuzu yoxdur.

Bunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisinin sözünü belə hesaba almayan, hamının gözünün içinə baxa-baxa rüşvət yığan Nicat Cəlilov bu dili və bu cəsarəti birbaşa rəis Nuşirəvan Səfərovdan alır. Mənim bu yazım torba tikib günahsız insanları şərləyib həbsxanalara dolduran Korrupsiyaya qarşı (guya) Mübarizə Baş İdarəsi üçün hərəkətə keçməyə səbəb olmalıdır. Onlar Nuşirəvan Səfərovun dövlət idarəsində rahatca rüşvət almasının hesabını ondan və Nicat Səlimov kimilərdən sormalıdır”.



Bakı Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov BakuPost-a açıqlamasında Əvəz Zeynallının ittihamları ilə bağlı araşdırma aparıldığını bildirib:"Əvəz Zeynallının dedikləri həqiqət kimi qəbul olunmamalıdr. Məsələ ən yüksək səviyyədə diqqət mərkəzindədir. Bu gün səhər tezdən rəhbərlik ittihamlarla bağlı ciddi araşdırılma aparılması üçün göstəriş verdi. Yalnız araşdırma aparıldqdan sonra ittihamların nə dərəcədə əsaslı olub-olmadığını demək olar. Əmin olun ki, əgər deyilənlərdə bur balaca həqiqət olsa, günahkarlar cəzalanacaq”.
V.Əsədov bildirib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!