Azəbaycan və Ermənistan liderlərinin növbəti görüşü bu şəhərdə keçiriləcək

2019-05-15 12:24:46 / 2513 dəfə oxunub

Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Nikol Paşinyanla İlham Əliyevin növbətinin görüşünün yeri barədə məlumat verib.

Modern.azErmənistan KİV-nə istinadən xəbər verir ki, o, Brüsseldə keçirdiyi brifinq zamanı liderlərin növbəti görüşünün Vaşinqtonda keçiriləcəyinin anonsunu verib:

"Görüş Vaşinqtonda keçiriləcək, amma qəbul edən tərəfin açıqlaması olmadan hər hansı əlavə məlumat vermək doğru olmazdı”.

Z.Mnatsakanyan Azərbaycan və Ermənistan tərəfinin danışıqların növbətui raundu öncəsi öz mövqelərində dəqiqləşdirmə apardıqlarını da əlavə edib.

Sonda erməni nazir Dağlıq Qarabağın danışıqlar prosesində tərəf kimi təmsil olunmasının vacibliyi barədə tezisi növbəti dəfə təkrarlayıb.


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!