Millət vəkili: Brüsseldə 3-4 nəfər anti-milli ünsürün şou göstərməsi acınacaqlı haldır

2019-05-15 16:35:01 / 2239 dəfə oxunub

Azərbaycanın dünyada söz sahibinə çevrildiyi, nüfuzunun artdığı, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyi bir vaxtda Belçika Krallığının paytaxtı Brüsseldə 3-4 nəfər anti-milli ünsürün aksiya keçirməyə cəhd etməsi bir daha sübut etdi ki, ölkəmizin uğurları kimlərinsə məkrli planlarına mane olur.

Sabahinfo.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Naqif Həmzəyev deyib.

N.Həmzəyev bildirib ki, müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsini gözü götürməyən qüvvələr Azərbaycanda mötəbər tədbirlərin həyata keçirildiyi bir vaxtda daha da fəallaşırlar:

"Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkəmizin dinamik inkişafı, qazandığı nailiyyətləri bu qüvvələrin yuxusunu ərşə çəkir. Onlar hər an pusquda dayanıb, fürsət gözləyir, yalan, şər, böhtan, uydurma xarakterli xəbərlərlə ölkəmizin imicinə xələl gətirməyə çalışırlar. Xaricdə yaşayan antimilli 3-4 nəfərin Brüsseldə aksiya keçirməsi, daha doğrusu şou göstərməsi acınacaqlı haldır. Onların əməlləri bir daha göstərdi ki, bu insanlar üçün müqəddəs bir şey qalmayıb”.

Millət vəkilinin sözlərinə görə, gözləri daim xarici havadarlarının cibində olan xainlərin həmişə olduğu kimi bu dəfə də istəkləri ürəklərində qalacaq.

Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!