İsmayıllı Rayon İcra Hakimiyyəti birinci rübün hesabatını verib

2019-05-11 18:29:13 / 1043 dəfə oxunub

İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı 2019-cu ilin birinci rübündə sürətli inkişafını davam etdirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə başlanan işlərə tikinti-abadlıq, quruculuq, sosial, yol infrastrukturu, təhsil, sənaye, yaşayış evləri və aqrar istehsal layihələrinin həyata keçirilməsinə yeni temp gətirib. Bu da onunla nəticələnib ki, birinci rübdə ümumi məhsul buraxılışı 38 milyon 651 min manat təşkil edib. Onun 11 milyon 992 min manatı kənd təsərrüfatının payına düşür. İnvestorlar və iş adamları üçün yaradılan şəraitin nəticəsində əsas kapitala investisiya qoyuluşu 8 milyon 775 min manata çatıb. Rayonun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasında bunlardan ətraflı danışılıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hesabat məruzəsi ilə çıxış edib.

RİH başçısının birinci müavini Rövşən Ağayev sosial-iqtisadi inkişafın müxtəlif sahələrinin strateji yol xəritələrindən danışıb.

Rayon Statistika İdarəsinin rəisi Əziz Əzizovun, Rayon Mərkəzi Xəstəxənasının baş həkimi Aydın Əsədovun və Rayon Məşğulluq Mərkəzinin direktoru Asif Cabbarovun çıxışları dinlənilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov hesabat yığıncağında çıxış edib.

Yığıncaq iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul ediblər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!