“FACEBOOK” GÜNDƏMİ

2019-05-16 11:38:45 / 3915 dəfə oxunub

"Facebook” elə bir virtual məkandır ki, hər kəs burada özünü açıq-aydın ifadə edir, fikrindən keçənləri sərbəst şəkildə yazıb paylaşa bilir. Ona görə də bu gün gündəmin formalaşmasında ənənəvi və onlayn media ilə yanaşı, "Facebook”-un da rolu az deyil. Odur ki, SABAHİNFO.AZsaytı bu virtual sosial platformada paylaşılan, ictimai marağa səbəb olan və gündəmi müəyyənləşdirən mövzularla bağlı 10 ən maraqlı statusu oxuculara təqdim edir:




Eldəniz Səlimov: Vətənpərvərlik insanın daxilindəki duyğudur. Əgər bunlar yoxdursa insan mənəviyyatsızdır.

***

Elməddin Muradlı: Binamızda bir mazoxist sürü(nən)cü yaşayır, 2 aydan bir maşının üstünə təhqir dolu kağız yazıb qoymasam parkinq qaydalarını pozur. Hamı cərgə ilə maşını park edir, bu da gəlib onların qabagında saxlayır, blokun ağzında. Məni görəndə gülür, deyəsən xoşuna gəlir şəlpəqulaq sözü.
Bir dəfə liftdə başa saldım, dedi, bir də olmayacaq. Əlimi qaldırıb başımı qaşıyanda qorxusundan güzgüyə kəllə vurdu. İndi bilmirəm liftdə onu tutsam nə edim.





***

Mehriban Zeynalova: Bir film vardı, bilmirəm yadınızdadı ya yox.. Adətkar, eyni qadınla neçə dəfə evlənir.bizimkilər də təkrar evlənir)düz 10 ildi gəlinimlə birgə yol gedir, birgə nəfəs alırııq. amma tanışlığımızı hesabladıq 20 ildir.Bu 10 ildə nələr olmadı... toya iki gün qalmış, mənə zəng vurdu ki, biz ayrılırıq. Təhərimi pozmadan dedim, Aysel eybi yoxdur, birini tapıb toyda otuzduracam) Bir dəfə hələ, məni məcbur etdilər hüquqşünasa boşanma ərizəsi də yazdırdım. Məhkəməyə çatanda bir birilərinə deyiblər gedək çay içək sonra ərizəni verərik. Bütün bu proseslərdə, məndən çox qızım bəzən sterslər keçirdi. Qorumaq, bütöv qalmaq üçün.... Allah qismət etsin 20 illiklərində yanlarında olum. sevirəm Sizi!Sevgi qoruyur, sevgi yaşadır!




***

Samir Güləliyev:Səylərin qırılsın bala. Bəs zibili hara ataq? Yerə?)))))



***


Sona Tağıyeva: Yaxşı ürəyi olmayan birinin aldığı təhsilin insanlığa heç bir faydası yoxdur.





***


İntiqam Valehoğlu: Eşitdiyimə görə təhsil naziri Ceyhun Bayramovun mətbuat konfranslarına özlərinin "seçdiyi" jurnalistlər dəvət olunur. Və jurnalistlərə nazirin çıxışı hazır variantda verilir. Suallar isə nazirliyin "süzgəcindən" keçirilməsə səsləndirilə bilməz. Bura qədər hər şey aydındır. Yəni, Ceyhun Bayramovu anlamaq olar ki, kreslo şirin şeydi, adam ordan qopmaq istəmir və sair. Bəs həmin konfranslarda pultla idarə olunan kukla qismində oturan jurnalistlərin vicdanına nə gəlib? Özünüzəbu qədərmi hörmət qoymursunuz? Məni bircə dəfə də olsun Əbülfəs Qarayevin mətbuat konfransına çağırmayıblar. Ölməmişəm ki! Əksinə bəzi yazılardan sonra ordan-burdan xahiş ismarışları göndəriblər. Anlayıram e, redaksiyadan göndərilirsiniz filan. Heç olmasa bir dəfə etiraz etməyi bacarın da. Ceyhun Bayramov, Əbülfəs Qarayev, yaxud başqa bir nazir o kürsüdə otura bilər, amma sizdən artıq adam ola bilməz. Əgər o şərtlərlə mətbuat konfranslarına gedirsinizsə, belə görünür ki, sizdən artıq adamdırlar!



***



Aydın Mirzəzadə: Brüsseldə Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramının 10 illiyi ilə bağlı yekun bəyənnaməsi ilə bağlı Ermənistan tərəfinin yaydığı provokasiyalı informasiya ifşa edildi.Yekun bəyənnaməsinin qəbulu ümumiyyətlə nəzərdə tutulmayıbmış.




***

Qadir İbrahimli: Trollara heç vaxt cavab yazmamışam, yazmayacağam da, çünki zavallı məxluqlardır, bığılı-saqqallı kişilərin qadın profili işlədib ona-buna böhtan atamasını izləmək çox üzücüdür. Uşaqlarına bu yolla çörək pulu qazanmağı heç düşmənimə də arzulamıram. Ancaq mənə böhtan atan trolların sahibləri paylarını artıqlaması ilə alacaq. Təbii ki, böhtan yazmayacağam, onlar haqda elə həqiqətləri yazmaq kifayətdir!




***

Taleh Şahsuvarov: Azərbaycan Vergilər Nazirliyinin dəfələrlə vergidən yayınmaqda ittiham etdiyi, maliyyə pozuntuları və maliyyə öhdəliklərinin yerinə yetirilməməsi və bu kimi çoxsaylı əməllərinə görə dəfələrlə məhkəmələrdə sürünmüş və elə bu səbəbdən də cəmiyyətdə "məhkəmələrdə sürünən Nazim” imici qazanmış Bəydəmirlinin iqtisadi sektordakı fəaliyyəti kimi, siyasi fəaliyyəti də müəmmalarla doludur. Budur, o, "quyruğu qapı arasında qalanda” özünü YAP üzvü kimi təqdim etsə də, 2015-ci ilin parlament seçkilərində MSK-ya təqdim etdiyi ərizədə siyasi mənsubiyyətinin olmadığını qeyd edib. Deputat olduğu dönəmdə isə, qanunları kobud şəkildə pozaraq biznes fəaliyyəti ilə məşğul olub, hətta mülkiyyət yağmalamaq uğrunda apardığı mübarizə məhkəmə predmetnə çevrilib.




***

Aybəniz Əhmədova: Mənə görə selfi daha çox özünə heyranlığın əlamətidi.Kim nə qədər selfi çəkirsə,bir o qədər özünə heyrandı



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!